MƏDƏNİYYƏT


Amerika rok qrupu “Foo Fighters” 3 “Qremmi” mükafatına layiq görülüb

Bakı, 4 aprel, AZƏRTAC

Amerika rok qrupu “Foo Fighters” 3 “Qremmi” mükafatına layiq görülüb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Qremmi” mükafatlandırma mərasimində bildirilib.

Qrup üç nominasiyada - “Medicine at Midnight” mahnısına görə “Ən yaxşı rok albomu”, “Waiting On a War” mahnısına görə “Ən yaxşı rok mahnısı” və “Making a Fire” mahnısına görə “Ən yaxşı rok ifası” nominasiyalarında qalib olub.

Qeyd edək ki, “Foo Fighters” qrupunun üzvləri zərb ifaçısı Taylor Hokinsin martın sonunda Cənubi Amerika turnesi zamanı vəfat etdiyi üçün mükafatlandırma mərasimində iştirak etməyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.