ELM VƏ TƏHSİL
Amerika şirkətləri Azərbaycanın turizm və informasiya texnologiyaları sektorlarına maraq göstərir
Bakı, 31 may, AZƏRTAC
Amerika şirkətləri Azərbaycanın turizm və informasiya texnologiyaları sektorlarına maraq göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində dünya iqtisadiyyatındakı mövcud vəziyyətlə bağlı məruzəsində deyib.
Amerikalı iş adamlarının Azərbaycana investisiya yatırma siyasətindən danışan səfir bildirib ki, istənilən halda onlar ölkənin enerji sektorunda fəal iştirak edəcəklər.
Çıxışında neftin qiymətinin dəyişkənliyinə xüsusi diqqət ayıran səfir vurğulayıb ki, neftin qiymətinin bugünkü vəziyyəti bir çox ölkələr üçün problemlər yaratsa da, Azərbaycan üçün bunu demək olmaz.
R.Sekuta tələbələrin ABŞ-Azərbaycan iqtisadi münasibətləri, xüsusən ABŞ-ın ölkəmizə birbaşa investisiya cəlbi ilə bağlı suallarını cavablandırıb.
AZƏRTAC-0-UG