CƏMİYYƏT


Amerika və Azərbaycan seysmoloqları arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 12 sentyabr, AZƏRTAC 

ABŞ-ın “Kinemetrics” şirkətinin prezidenti Oqe Kurasia və vitse-prezidenti Matias Franke Azərbaycana səfərə gəliblər. Səfər çərçivəsində amerikalı qonaqlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə Amerika və Azərbaycan seysmoloqları arasında birgə əməkdaşlıq məsələləri, həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin Matias Franke mərkəzin Monitorinq Mərkəzində əməkdaşlar üçün yeni emal proqramlarının tətbiqinə dair təlim keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.