SİYASƏT


Amerikalı ekspert Bakıda keçirilmiş Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısının vacibliyindən yazır

Vaşinqton, 3 iyul, AZƏRTAC 

“Arab News” qəzetində tanınmış amerikalı ekspert, Vaşinqtonda yerləşən İrs Fondunun xarici siyasət üçün “Douglas and Sarah Allison” Mərkəzinin direktoru Luk Koffinin Bakıda keçirilmiş Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısından və Azərbaycanın Əfqanıstan sülh prosesində oynadığı mühüm roldan bəhs edən məqaləsi dərc olunub.

Müəllif toplantının əhəmiyyəti haqqında ətraflı məlumat verir. O yazır ki, bu toplantı üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Son zamanlarda Azərbaycan beynəlxalq əhəmiyyətə malik mühüm iclaslara ev sahibliyi edib. Misal üçün, Bakıda ABŞ və Rusiya hərbi komandanları arasında üç dəfə yüksək səviyyəli iclas keçirilib.

Ekspert Azərbaycanın Əfqanıstanın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən də ətraflı bəhs edir. O vurğulayır ki, beynəlxalq ictimaiyyətin diqqətinin Əfqanıstanda siyasi həll prosesinə yönəlməsi önəmlidir. Bu, Əfqanıstan üçün davamlı sülhün və təhlükəsizliyin bərpa edilməsinə mühüm töhfə verə bilər.

Məqalənin sonunda Beynəlxalq Təmas Qrupunun görüşlərinin əhəmiyyəti bir daha oxucuların diqqətinə çatdırılır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.