DÜNYA
Amerikalı hərbçiləri miqrantlara atəş açmağa çağırmış Tramp fikrini dəyişib
Vaşinqton, 3 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp təklif etmişdi ki, ABŞ ilə Meksikanın sərhədinə göndərilən ABŞ qoşunları miqrantlar tərəfindən daşa basılacağı təqdirdə onlar miqrantlara atəş açmaq hüququna malik olmalıdırlar. Sonradan prezident özünün bu çağırışına düzəliş edərək deyib ki, qoşunlara daş atan miqrantlar uzun müddətə həbs ediləcəklər.
AZƏRTAC xəbər verir ki, bir gün əvvəl Tramp amerikalı hərbçiləri onları daşa basan miqrantlara atəş açmağa çağırandan sonra ABŞ-dakı hüquq müdafiə qrupları prezidenti kəskin tənqid etmişdilər. “Human Rights First” hüquq müdafiə təşkilatı öz bəyanatında qeyd edib ki, Trampın miqrantların “milli üçün təhdid mənbəyi” olması barədə bəyanatı tamamilə “absurd və qəddar” bəyanatdır.
Xatırladaq ki, minlərlə miqrant Mərkəzi Amerika ölkələrindən Amerika-Meksika sərhədinə doğru irəliləyir. Tramp miqrant axınını dayandırmaq və onları ABŞ-a buraxmamaq niyyətindədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşiqnton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]