“Amerikalı kürəkən” tamaşası maraqla qarşılanıb
AzerTAg.az
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında ən maraqlı tamaşalardan olan “Amerikalı kürəkən” tamaşası növbəti dəfə nümayiş olunub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır.
Səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Xəbərin mətnində orfoqrafik səhv var