İDMAN


Amerikalı məşhur basketbolçu Kobe Brayant helikopter qəzasında həlak olub

Bakı, 27 yanvar, AZƏRTAC

Dünyanın ən güclü basketbolçularından hesab edilən, Amerika Milli Basketbol Assosiasiyasının (NBA) əfsanələrindən Kobe Brayant helikopter qəzasında həlak olub.

AZƏRTAC xəbər verir ki, Kaliforniyada qəzaya uğrayan “Sikorsky S-76” tipli helikopterdə dünyanın ən güclü basketbolçularından olan 41 yaşlı K.Brayant ilə yanaşı, 13 yaşlı qızı Gianna və daha üç nəfər olub.

Helikopterin K.Brayanta məxsus olduğu bildirilir.

Qeyd edək ki, NBA tarixinin ən güclü basketbolçularından olmuş “Qara mamba” ləqəbli K.Brayant 20 illik karyerasında “Los Angeles Leykers” komandasında forma geyinib. O, Afina (2004) və London (2012) olimpiadalarının, FIBA Amerika (2007) çempionatının, beş dəfə milli basketbol liqasının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.