MƏDƏNİYYƏT


Amerikalı müğənni Bryus Sprinqstin İspaniyada konsert verməyə hazırlaşır

Bakı, 8 iyun, AZƏRTAC

Amerikalı müğənni Bryus Sprinqstin 2023-cü il aprelin 28-də Barselonanın Olimpiya Stadionunda keçiriləcək konsertinə biletlər artıq satıldığından ifaçı aprelin 30-da ikinci dəfə konsert verəcəyini açıqlayıb.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, bu barədə “Doctor Music” məlumat yayıb.

Məlumatda bildirilib ki, Barselona biletlərin satılma sürətinə görə konsertlərin sayını artıran Dublin, Paris və ya Amsterdam kimi şəhərlərin sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.