MƏDƏNİYYƏT


Amerikalı müğənni yeni albomu ilə altıncı dəfə “Billboard” jurnalının hit-paradında qalib seçilib

Bakı, 2 sentyabr, AZƏRTAC

Amerikalı müğənni Teylor Svift “Lover” adlı yeni albomu ilə “Billboard”un hit-paradında altıncı dəfə birinci yerə layiq görülüb.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, “Lover” albomu çıxdığı ilk həftəsində 867 min nüsxə ilə satılıb.

“Billboard” jurnalının mütəxəssisləri hesab edirlər ki, müğənninin “Reputation” diski ona vaxtilə daha çox uğur gətirib. Belə ki, 2017-ci ildə işıq üzü görən bu disk ilk həftəsində 1.238 milyon nüsxə ilə satılıb.

Məlumatda bildirilir ki, Teylor Sviftin albomlarının satışı heç zaman bir həftə ərzində 500 mindən aşağı olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.