REGİONLAR


Amerikalı mütəxəssis Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərəcək

Bakı, 19 avqust, AZƏRTAC

ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində amerikalı mütəxəssis John Bunke 2022/2023-cü tədris ilində Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyət göstərəcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, TEFL (Teaching English as a Foreign Language) sertifikatlı mütəxəssis bir il ərzində MDU-da “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsinə, eləcə də digər ixtisaslarda İngilis dili fənninin tədrisinin keyfiyyətinin yüksəldilməsinə, tələbə, müəllim və inzibati heyət üzvlərinin xarici dil bacarıqlarının inkişafına yardım edəcək.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişafına, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılmasına hədəflənən bu tipli fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.