MƏDƏNİYYƏT


Amerikalı pop ifaçı Ariana Qrande plagiatda günahlandırılır

Bakı, 19 yanvar, AZƏRTAC

DOT təxəllüsü ilə tanınan reper Coş Stoun amerikalı pop ifaçı Ariana Qrandeni plagiatda günahlandırıb.

AZƏRTAC istinadən xəbər verir ki, bu barədə “TMZ” internet portalı yazıb. C.Stounun sözlərinə görə, A.Qrandenin “7 Rings” mahnısının bir hissəsi onun iki il əvvəl yazdığı “You need it, İ got it” kompozisiyasından köçürmədir.

Reper Nyu-York dairə məhkəməsi qarşısında mahnıdan ona çatası qonorar payının verilməsi, mahnının gələcəkdə səsləndirilməsinin və satışının qadağan olunması barədə iddia qaldırıb.

Qeyd edək ki, “7 Rings” mahnısı iki nominasiyada “Grammi” mükafatına namizəd irəli sürülüb. “Grammi” mükafatının 62-ci təqdimat mərasimi yanvarın 26-da Los-Ancelesdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.