CƏMİYYƏT


Amerikalı professor Azərbaycan Tibb Universitetinin qonağı olub

Bakı, 8 iyun, AZƏRTAC

ABŞ-ın Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert A.Jecklin Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfər zamanı amerikalı mütəxəssis ictimai səhiyyə fakültəsinin nəzdindəki kafedraların dərs proqramları ilə tanış olub, tibbi profilaktika ixtisasına aid olan kafedralarda dərsliklərinin yenilənməsi və dərs proqramlarının modernləşdirilməsi işinin təşkilinə yardım etmək məqsədilə geniş rəy hazırlayıb.

Amerikalı professor ATU-nun rektoru Gəray Gəraybəyli ilə görüşüb. Görüş zamanı hazırladığı hesabatı rektora təqdim edib. G.Gəraybəyli təhsil müəssisəsi üçün yüksək səviyyəli mütəxəssis rəyinin çox böyük əhəmiyyət kəsb etdiyini və professorun hazırladığı hesabatın işlərin təkmilləşdiriməsinə kömək edəcəyini bildirib.

Professor rektorla söhbət zamanı ölkəmizdə ictimai səhiyyənin vəziyyəti, onun tədrisi, ictimai səhiyyənin tədris sistemləri arasında fərq və digər mövzularda araşdırma apardığını qeyd edib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov və ictimai səhiyyə fakültəsinin dekanı, dosent Anar Ağayevin iştirak etdiyi görüşdə professor R.A.Jecklin ictimai səhiyyə fakültəsinin VI kurs tələbələri və kafedralarının professor-müəllim heyəti qarşısında “ABŞ-da uşaq və yeniyetmələrin sağlamlığının qorunması sahəsində ictimai səhiyyənin praktikası” mövzusunda etdiyi çıxışı barədə də məlumat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.