ELM VƏ TƏHSİL


Amerikalı professor Xəzər Universitetində onlayn təlim keçirəcək

Bakı, 19 fevral, AZƏRTAC

ABŞ-ın Oklahoma Universitetinin Mikrobiologiya və bitki biologiyası departamentinin professoru Maykl Maklnerni Xəzər Universitetinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “Anaerob mikroorqanizmlərdən istifadə etməklə tullantıların təmizlənməsi və enerji istehsalına yönəldilmiş innovasiyalı həllər” mövzusunda onlayn təlim keçirəcək.

Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən məlumat verilib. Bildirilib ki, martın 1-dən 5-dək təşkil olunacaq təlimdə anaerobların qidalanması, fiziologiyası, bioyanacaqlar, metan, hidrogen və alkoqollar, mikrobial yağ bərpası prosesi, həmçinin mikroorqanizmlərin kanalizasiya və kənd təsərrüfatı tullantılarını enerjiyə, xüsusən metana çevirmək və çirklənmiş yerləri təmizləmək üçün də istifadə edilməsi haqqında danışılacaq.

Təlimin əsas məqsədi yerli alim və mütəxəssisləri tullantıların və çirklənmiş yerlərin təmizlənməsi və enerji istehsalı üçün mikrobioloji proseslərin istifadəsinə təşviq etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.