CƏMİYYƏT


Amerikalı skaut: Azərbaycana yenidən qayıdacağımı arzulayıram VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycanlı skautla ilk dəfə 2013-cü ildə Gürcüstanda keçirilən konfransda tanış olmuşam. Növbəti dəfə skautların Bakıda toplaşacağını ondan öyrəndim və çox sevindim. Biz bu konfransa geniş heyətlə qatılmışıq. Bakıda ilk dəfə olmağıma baxmayaraq burada özümü çox rahat hiss edirəm. Azərbaycanın çox zəngin mədəniyyəti var. Odlar Yurduna yenidən qayıdacağımı arzulayıram.

Bu sözləri AZƏRTAC-a müsahibəsində 2017-2020-ci illər üçün Dünya Skaut Komitəsinə yeni üzv seçilmiş Amerika Birləşmiş Ştatlarını təmsil edən lider-skaut Edvard Endryu Çapman deyib.

Edvard Endryu Çapman bildirib ki, Bakıda keçirilən konfrans skautinqin gələcəkdə necə inkişaf edəcəyini müzakirə etmək üçün unikal platformadır. Bir neçə gün ərzində biz səmərəli müzakirələr apardıq, yeni üzv ölkələr seçildi.

Amerikalı lider-skaut Dünya Skaut Konfransını belə yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.