CƏMİYYƏT


Amerikalı skaut azərbaycanlı həmfikirlərini 2019-cu ildə keçiriləcək Camboriyə dəvət edib

Bakı, 20 avqust, AZƏRTAC

Bakıda keçirilən 41-ci Dünya Skautlar Konfransı bizim üçün çox uğurlu oldu. Biz amerikalı skautlar əlimizdən gələni etdik ki, növbəti konfrans bizim ölkədə keçirilsin və buna nail olduq. Səsvermədə qalib gəldik və 2019-cu ildə 24-cü Dünya Skautlar Camborisi ABŞ-ın Virciniya ştatında keçiriləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Amerika Birləşmiş Ştatlarından Bakıya qonaq gəlmiş gənc skaut Vilyam Siao deyib.

Ölkəmiz haqqında danışan Vilyam Siao bildirib ki, Bakı çox gözəl şəhərdir. Burada şərq və qərbin vəhdəti təkrarolunmaz mənzərələr yaradır. “İlk dəfə Qəbələdən Bakıya gələrkən “Flame Towers” (“Alov qüllələri”) kompleksinin qarşından keçəndə skautların rəmzi olan açılmış zanbaq binanın şüşələrində əks olundu. Biz hamımız buna çox sevindik. Azərbaycanlı skautlar tədbirin yaxşı keçməsi üçün əllərindən gələni etdilər. Sizi Amerikada növbəti Camboridə görməyi çox istərdim”, – deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.