DÜNYA


Amerikanın “CBS News” telekanalın prezidenti ilk dəfə qadın olacaq

Bakı, 7 yanvar, AZƏRTAC

Amerikanın “CBS News” telekanalının prezidenti Devid Rods vəzifəsindən ayrılır. Onun yerinə şirkətin icraçı prodüseri Syuzen Zirinski təyin olunub.

AZƏRTAC ria.ru saytına istinadla xəbər verir ki, D.Rods bu barədə öz “Twitter” səhifəsində məlumat yayıb. Qeyd edib ki, tezliklə “CBS News”-a Syuzen Zirinski rəhbərlik edəcək. D.Rods, həmçinin bildirib ki, o, martın 1-dən telekanalda baş məsləhətçi vəzifəsinin funksiyalarını yerinə yetirəcək.

“Los Angeles Times” qəzeti məlumat yayıb ki, S.Zirinski “CBS News” telekanalına bu ilin martından başçılıq edəcək. Qeyd olunur ki, S.Zirinski bu vəzifədə ilk qadın olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.