SİYASƏT


Amerikanın “Foreign Policy News” nəşri: Dağlıq Qarabağda şiddətli döyüşlər davam edir

Vaşinqton, 14 oktyabr, AZƏRTAC

“Foreign Policy News” Amerika nəşrində dərc olunmuş “Dağlıq Qarabağda şiddətli döyüşlər gedir” sərlövhəli məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən və ermənilərin Azərbaycana qarşı təcavüzündən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, məqalədə sovet hakimiyyəti qurulana qədər Azərbaycanın Dağlıq Qarabağ regionunda və Ermənistanın özündə azərbaycanlıların çoxluq təşkil etməsindən, həmçinin ötən əsrin əvvəllərində bolşeviklər tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından söhbət açılır. Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etməsi və ATƏT-in Minsk qrupunun son 20 il ərzində fəaliyyətsizliyi də oxucuların diqqətinə çatdırılır.

Daha sonra qeyd edilir ki, indiki silahlı münaqişə erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ordusunun təmas xəttindəki mövqelərinə hücumdan sonra başlayıb və bu, Azərbaycanı cavab tədbirləri görməyə məcbur edib. “Erməni tərəfinin yüzlərlə tankı, zirehli transportyoru, haubitsası və digər hərbi texnikası pilotsuz uçuş aparatları vasitəsilə məhv edilib ki, bu da Azərbaycan ordusunun sürətlə irəliləməsinə şərait yaradıb. İki həftə ərzində Azərbaycan ordusu Dağlıq Qarabağın şimal-şərqində və cənub-qərbində strateji əhəmiyyətə malik yüksəklikləri, şəhərləri və kəndləri işğaldan azad edib”, - deyə məqalədə bildirilir. Müəlliflər Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərindəki yaşayış evinə endirilmiş raket zərbələrini də xatırladırlar. Bu hücum nəticəsində onlarca dinc sakin həlak olub və yaralanıb.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə KİV-lərinə müsahibəsində Dağlıq Qarabağ azad olunmayana qədər Azərbaycan ordusunun dayanmayacağını bəyan edib. Prezident, həmçinin bildirib ki, Azərbaycan dinc əhali ilə deyil, silahlı erməni xuntası ilə müharibə aparır.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.