DÜNYA


Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza baş verib

Tehran, 24 avqust, AZƏRTAC

Amerikanın Hörmüz boğazındakı hərbi təyyarələri daşıyan “Avraam Linkoln” gəmisində qəza baş verib.

AZƏRTAC xəbər verir ki, F-18 qırıcı təyyarəsi əməliyyat uçuşundan sonra gəminin göyərtəsinə enərkən əyləc sistemində nasazlıq yaranıb. Vaxtında və yerində dayana bilməyən təyyarə göyərtədəki digər təyyarələrə dəyib. Nəticədə 4 ədəd F-18 qırıcı və 1 ədəd E2D hərbi kəşfiyyat təyyarəsi tamamilə yararsız vəziyyətə düşüb. İnsan itkisi haqqında məlumat verilmir. Nəticədə ABŞ-ın hərbi dəniz qüvvələrinə 1 milyard dollara yaxın ziyan dəyib.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.