Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru Səfir Syuzan Eliotdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin adından ən xoş arzularla təbrik edirəm.

Baş ofisi Bakıda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə tərəfdaşlığımızdan bilirik ki, Siz bu Mərkəzin missiyasına davamlı olaraq dəstək göstərirsiniz. Bu missiyaya dəstək verilməsinə biz də qoşulur, Mərkəzin sülh və münaqişələrin həlli ilə bağlı fəaliyyətinə sadiqliyinizi alqışlayırıq.

Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan xalqı ilə əməkdaşlığımızın bundan sonra da davam edəcəyinə ümidvarıq.

Xoş arzularla,

 

Səfir Syuzan Eliot

Amerikanın Xarici Siyasəti üzrə Milli Komitənin Prezidenti və baş icraçı direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin