DÜNYA
Amerikanın mülki təyyarələrinə İran sahilləri yaxınlığında uçmaq qadağan edilib
Bakı, 21 iyun, AZƏRTAC
ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi Amerikada qeydiyyatdan keçən mülki təyyarələrə Fars və Oman körfəzləri üzərində, həmçinin Tehranın uçuş informasiyasına malik olduğu suüstü zonada uçmaq qadağan edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qurum bu addımı regionda hərbi əməliyyatların aktivləşməsi və siyasi gərginliyin artması ilə izah edir. Qadağa bütün kommersiya aviakompaniyalarına və şəxsi təyyarələrə aiddir.
Xatırladaq ki, iyunun 20-də iranlı hərbçilər Hormozqan əyaləti üzərində İranın hava məkanına daxil olan Amerikanın “Global Hawk” tipli pilotsuz uçuş aparatını vurduğunu elan edib. Pentaqon dronu itirdiyini etiraf edib, lakin onun Hörmüz boğazı üzərində beynəlxalq hava məkanında vurulduğunu bildirib.
“The New York Times” qəzetinin məlumatına əsasən, ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi barədə sanksiya versə də, son anda əməliyyatı dayandırıb.
İran raketinin dronu vurduğu an həmin yerdən 72 kilometr məsafədə mülki təyyarə keçirmiş.