Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Amerikasayağı demokratiya: bölünmüş ölkə və Prezident Tramp

Amerikasayağı demokratiya: bölünmüş ölkə və Prezident Tramp

Uzun müddət ərzində dünyada “beyin mərkəzləri”, kütləvi informasiya vasitələri, siyasi liderlər və dövlət xadimləri proqnoz verirdilər ki, Amerikada prezident seçkilərində demokrat Hillari Klinton qalib gələcək. Üstəlik, H.Klintonun rəqibi, respublikaçı Donald Tramp haqqında ifşaedici informasiyalar yayılır, onun prezidentliyə layiq olmadığı barədə Amerikanın məşhur adamlarının fikirləri dərc edilirdi. Bəziləri hətta D.Trampı “dəli” adlandırırdı. Hiss olunurdu ki, ABŞ isteblişmenti respublikaçı namizədin qalib gəlməsini heç arzulamırdı. Ancaq, atalar demişkən, “sən saydığını say...”, zamanın hökmü isə tamamilə başqadır. Nəticə necə oldu? Sürpriz – qalib təhqir olunan, aşağılanan və dağıdıcı, “yırtıcı” kimi qələmə verilən D.Tramp oldu. Seçici ona üstünlük verdi. İndi də Amerika şəhərlərinin küçələrinə çıxıb “biz seçilən prezidenti tanımırıq”! deyə qışqıranlar var. Paradoksdur, deyilmi – dünyanın ən demokratik ölkəsində bir seçici qrupu digər seçicilərin hüququnu tanımaq istəmir. Ölkənin siyasi səhnəsi kimi, seçici beyninin də qarışdığı görünür. Bunların səbəbi nədir?

Yanlış proqnozlar: təbliğatda ikili standartlar və “beyin mərkəzləri”nin iflic vəziyyəti

Analitiklər ABŞ-da prezident seçkisindən sonra yaranmış vəziyyəti təhlil edib, proqnozlar verməyə çalışırlar. Onlar yalnız Amerikanın deyil, bütövlükdə dünyanın taleyi aspektində fikir yürüdürlər. Proqnozlar bir-birindən fərqlənsə də, demək olar ki, hamısı bir tezisi qəbul edir – ABŞ-ın yeni prezidenti həm ölkədə, həm də dünyada siyasi mənzərəni dəyişmək qabiliyyətindədir. Bu zaman onun konkret hansı addımları atacağı haqqında qəti fikir bildirməyə risk etmirlər. D.Tramp gözlənilməz və riskli addımlar atan siyasətçi kimi xarakterizə edilir. Hərçənd Trampın özü seçkiqabağı çıxışlarının birində açıq deyib ki, “mən siyasətçi deyiləm” (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / “Fox News”, 22 oktyabr 2016).

Belə çıxır ki, Amerikada D.Trampın qələbəsini gözləmirdirlər. Onda bəs nəyə görə təbliğatı H.Klintonun üzərində qururdular? Ağıla gələn iki variantdır – ya təbliğat böyük riyakarlıq, yalan, ikili standartlar üzərində qurulmuşdu, ya da ki, doğrudan da Qərb ölkələrində KİV, “beyin mərkəzləri” iflic vəziyyətindədir. Bu isə, açığı, faciədir. Çünki həm riyakarlıq, həm də düzgün analiz edə bilmək imkanlarının zəifliyi bütövlükdə dünyanın gələcəyi ilə bağlı bədbin düşüncələrə əsas verir.

Xatırlayırsınızsa, “Brexit”dən sonra bir sıra ekspertlər Avropanın “beyin mərkəzləri”ni, siyasi liderlərini mövcud reallığı adekvat dərk etməməkdə ittiham etdilər. Eyni vəziyyət, ABŞ-da prezident seçkisindən sonra yaranıb. Əgər dünyanın ən güclü dövlətində prezident seçkisi təbliğatı riyakarlıq, yalan və ikili standartlar üzərində qurulursa, bu, reallığın təhrif olunmuş formada qiymətləndirilməsi deməkdir. Onun isə ümumən qlobal siyasətə çox mənfi təsirləri ola bilər. Bu barədə kifayət qədər analizlər aparılıb, tezislər irəli sürülüb. Başqa variantda, KİV və “beyin mərkəzləri” iflic vəziyyətdədirsə, onda həmin işlərə xərclənən milyardlar hara gedib?

Buradan KİV və akademik dairələrin müəyyən siyasi və maliyyə qruplarının xüsusi korporativ maraqlarına xidmət göstərdiyi qənaətinə gəlmək olarmı? Onu deyək ki, ekspertlər sırasında bu suala müsbət cavab verənlər vardır. Rusiyalı ekspert Andrey Kortunov həmin kontekstdə yazır: “...Donald Trampa qarşı vahid cəbhədə ölkənin bütün elitası çıxış edib. Demokratlar və respublikaçılar, Uoll-Stritin maliyyə korporasiyaları, Silikon vadisinin sərmayə şirkətləri, milli kütləvi informasiya vasitələri, aparıcı mədəniyyət tregerləri, universitetlər, xeyriyyə fondları, Nobel mükafatı laureatları və analitik mərkəzlərin əksər çoxluğu ona qarşı idi (bax: Андрей Кортунов. Победа народного восстания над национальным истеблишментом / “Valdaiclub.com”, 9 noyabr 2016).

Daha maraqlısı isə ondan ibarətdir ki, prezident seçkilərindən sonra qəribə mənzərə yaranıb. Konkret olaraq, Trampı təhqir edənlər, ona qarşı qarayaxma kampaniyası aparanlar seçkidən sonra onu tərif etməyə başlayıblar. Onlar əvvəl, həqiqəti deyil, müəyyən sifarişli fikirləri söyləyib, hətta bəzən D.Trampa səs verməmələri üçün seçicilərə ağlasığmaz vədlər versələr də, seçkidən sonra yenə riyakarlıq edərək qalibin yanında yer almaq üçün çalışırlar. Psixoloji olaraq bu hal, yalançı, başqasının iradəsinə tabe olan, əsas olaraq öz mənafeyini güdən fərdlərdə özünü göstərir. Lakin hər iki hal onların ədalətli, demokratik və obyektiv deyil, kənar təsirlər altında hərəkət etdiyini göstərir. Görünür, ABŞ cəmiyyətində ciddi mənəvi problemlər yaranıb.

Bunları bir kənara qoyub, məsələyə başqa bucaq altında baxdıqda, D.Trampın qələbəsinin səbəbləri üzərində düşünməyə dəyər. Hər şeydən əvvəl, ekspertlər qeyd edirlər ki, bu, Amerika başda olmaqla Qərbin uzun illər yeritdiyi siyasətin nəticəsidir. Konkret deyilsə, həmin siyasət yalan, böhtan, ikili standartlar və öz maraqları naminə beynəlxalq hüquqa olan etinasızlıq üzərində qurulub. Bu da ABŞ-ın xarici siyasətində və bütövlükdə dünyada xeyli sayda problemlər meydana gətirib. Məsələn, Cozef Nay vurğulayır: “...Tramp onda haqlıdır ki, Yaxın Şərq ölkələrindəki milli əhvali-ruhiyyədə olan əhalinin daxili işlərini nəzarətdə saxlamaq – uğursuzluq reseptidir” (bax: Joseph Nye. Donald Trump’s Foreign-Policy Challenges / “Project Syndicate”, 9 noyabr 2016). Bundan başqa, Tramp Rusiyanın təcrid olunmasını da yanlış hesab edir ki, bunda da haqlıdır (bax: əvvəlki mənbəyə).

Trampın missiyası: öhdəsindən gələ biləcəkmi?

Təbii ki, bu proses uzun müddət davam edə bilməzdi və cəmiyyətdə siyasi isteblişmentə qarşı ikrah hissi yaradırdı. O, daha çox iki məqamda özünü göstərib. Birincisi, baxmayaraq ki, H.Klinton ölkənin elitasını təmsil edirdi, ona amerikalıların 70%-i inanmırdı. İkincisi, “ağ amerikalılar”ın əksəriyyəti D.Trampa səs verib. Belə ki, H.Klintona “ağ”ların 37%-i, D.Trampa isə 58%-i səs verib. Afroamerikanların isə 88%-i demokratların namizədinə, cəmi 8%-i respublikaçıya “hə” deyib (bax: Максим Сучков. Восстание “ос”: как победил Д.Трамп / РСМД, 10 noyabr 2016).

Beləliklə, D.Tramp öz çıxışları ilə amerikalılarda ədalətə, düzgün yanaşmaya inam yarada bilib. O, ABŞ cəmiyyətini bürüyən problemlərin meydana gəlməsində hakim qüvvələrin oynadığı rolu faktlarla göstərib, xarici və daxili siyasətdəki problemləri analiz edib, onlardan çıxış yollarını göstərib, siyasi rəhbərliyin insanları necə aldatdığını konkret misallarla sübuta yetirib (bax: Trump talks 'draining the swamp' of DC in policy speech / “Fox News”, 22 oktyabr 2016).

Respublikaçıların təmsilçisi seçicilərə ədalətə olan ehtiyacın böyük əhəmiyyət kəsb etdiyini təsdiq edə bilib. Onun “fırıldaqçılar elitası”na olan etirazı, yenilikçiliyi və şəffaflığa üstünlük verməsini Amerikanın orta təbəqəsi başa düşüb. Onu daha çox haqsızlıqlarla qarşılaşan, həyat səviyyəsi yaxşılaşmayan, işsiz qalan vətəndaşlar müdafiə ediblər. Lakin D.Tramp xaricdə də özünə tərəfdarlar tapıb.

Görünür, artıq hazırkı vəziyyətə gətirən səbəbin dünyada gedən proseslərdə ədalətin yoxluğu ilə bağlı olduğunu anlayanların sayı artır. Özlüyündə süni, maskalanmış, daxili məzmununda isə geosiyasi, iqtisadi maraqları daşıyan “liberal” dəyərlər sistemini hamıya qəbul etdirməyin perspektivsizliyini dərk edənlər indi az deyil. Müxtəlif regionlarda müşahidə edilən geosiyasi və hərbi proseslərdə bu məqam daha aydın görünür. Bir regiondakı təcavüzkara qarşı sərt olan dairələr, başqa bölgədəki işğalçıya yardımlar edirlər. Onlar ədalətə deyil, ikili standartlara arxalanırlar.

Bundan başqa, baxmayaraq ki, Versal sülh müqaviləsindən (1919) sonra beynəlxalq hüququn əsas prinsiplərindən biri dövlətlərin daxili işlərinə qarışmamaqdır, Vaşinqton isə bu fundamental prinsipə əməl etmir və yaxın müttəfiqləri ilə birlikdə beynəlxalq hüququ istədiyi kimi şərh edir və həyata keçirir. Belə olan halda bu ölkələr yeri gəldi-gəlmədi ittiham edilir, onların daxili işlərinə müdaxilə olunur və sanksiyalarla hədələnirlər. Təsadüfi deyil ki, bütün bunlar Vaşinqtonun siyasətinə qarşı etirazları artırıb. O cümlədən Donald Tramp Vaşinqtonun bu cür siyasətinə mənfi münasibətini bildirib. Ancaq maraqlı və düşündürücüdür ki, Qərbin bir sıra siyasi liderləri D.Trampı məhz bu mövqeyinə görə tənqid atəşinə tutublar. Onların sırasında Avropa Komissiyasının sədri Jan-Klod Yunker, Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk, Avropa Parlamentinin sədri Martin Şults, Fransa Prezidenti Fransua Olland, İtaliyanın Baş naziri Matteo Rensi, Böyük Britaniyanın xarici işlər naziri Boris Conson, Almaniya Xarici İşlər Nazirliyinin başçısı Frank-Valter Ştaynmayer, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayan və başqaları var (bax: məs.: До и после избрания: что говорили о Трампе мировые лидеры / “Би-би-си”, 10 noyabr 2016). Elə prezident Barak Obamanın özü də Trampla razılaşmadığını deyib. Lakin mütəxəssislər problemin daha dərin köklərə malik olduğuna, baş verənlərin arxasında ABŞ-da siyasi sistemin qüsurlarının durduğuna inanırlar.

Görünür, ABŞ siyasətinin “seçki macəraları” hələ bitməyib. Okeanın o tayından yayılan informasiyalara görə, etiraz aksiyaları dayanmaq bilmir. Üsyan edənlər maşınları, mağaza, ofis şüşələrini sındırırlar. Lakin bu vəziyyətə dünya ölkələrinin siyasətçilərindən, qeyri-hökumət təşkilatlarından fikir bildirən gözə dəymir. Xatırladaq ki, Azərbaycanda 2003-cü il prezident seçkilərindən sonra yaranmış vəziyyətə müxtəlif ölkələr və təşkilatlar canfəşanlıqla münasibət bildirdilər. Hakimiyyət tənqid edildi, bir sıra ittihamlar irəli sürüldü. Onlar özlərini insan haqlarının müdafiəçiləri kimi aparmağa çalışdılar. Bəs indi ABŞ-dakı hadisələrdə həmin dairələrin səsi niyə çıxmır? Niyə bu hadisələrə mövqe bildirilmir?

Yuxarıda vurğulanan məqamlardan bir əsas sual meydana çıxır – bütün bunlardan sonra Donald Tramp ümidləri doğrulda biləcəkmi? Şübhəsiz, onun qarşısında böyük missiya durur. Ancaq başda ABŞ olmaqla Qərb dünyasının siyasi səhnəsində o qədər problemlər və ziddiyyətlər yığılıb ki, Amerikanın yeni prezidenti üçün onları həll etmək asan olmayacaq. Xüsusilə ədalətin olmadığı, ikili standartların hökm sürdüyü bir yerdə xeyirli işlər görmək çox çətindir. Zaman göstərəcək.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir