SİYASƏT


Əminə Ağazadə: Ermənistan-Azərbaycan münaqişəsi hərbi-siyasi yolla həll olunub

London, 6 iyul, AZƏRTAC

Ermənistan-Azərbaycan münaqişəsi hərbi-siyasi yolla həll olunub, bu reallıqdır.

Bu sözləri Böyük Britaniyanın Birminhem şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 29-cu illik sessiyasında çıxışı zamanı Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

O bildirib ki, hazırda münaqişədən sonrakı reallıqlar Ermənistanın mifologiyadan və irqçi qərəzlərdən qurtulmasına yol açır. Beynəlxalq hüquq normalarına riayət edilməsi və dövlətlərarası münasibətlərin qurulması Ermənistanın cəhd etməli olduğu əsas istiqamətlər olmalıdır.

Erməni məhbuslarla bağlı məsələyə gəlincə, Azərbaycan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra bütün erməni hərbi əsirləri azad edib. Azərbaycanın nəzarətində qalan həmin erməni məhbuslar üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistandan təxribat törətmək məqsədilə qanunsuz olaraq Azərbaycana ərazisinə keçən şəxslərdir. Onlar Azərbaycanın cinayət qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.