REGİONLAR


Amiqurumi sənətinin sirləri yeniyetmələrə öyrədilir REPORTAJ VİDEO

Şəmkir, 16 yanvar, AZƏRTAC

Rəngli iplərlə müxtəlif formada toxunan oyuncaqlar Amiqurumi adlanır. Vətəni Yaponiya olsa da, bu incəsənət sahəsinə ölkəmizdə də böyük maraq var.

AZƏRTAC xəbər verir ki, Şəmkir sakini Nigar Hacıyeva bu sənətə maraq göstərən gənclərdəndir. Kiçik yaşlarından iplə toxumağı öyrənən Nigar iki ildir Amiqurumi sənəti ilə məşğul olur.

Gənc toxucunun dediyinə görə, iplər pambıq olduğu üçün uşaqlar üçün zərərsizdir. Çirkləndikdə asan yuyulan bu oyuncaqlara tələbat da çoxdur.

“Amiqurumi ilə uşaqlarla bərabər böyüklər də maraqlanır. Oyuncaqları hazırlayarkən əsasən cizgi filmi personajlarına üstünlük verirəm. Çünki onlara daha çox maraq var”, - deyə N.Hacıyeva bildirir.

Bəzən bir neçə həftəyə ərsəyə gələn oyuncaqlar əsasən kukla teatlarlarında geniş istifadə olunur. Bu oyuncaqların qiyməti isə ölçülərinə görə dəyişir - 5 manatdan 45 manata kimi.

Nigar Hacıyeva amiqurumilərə bağçalarda səhnəciklərin təşkilində də ehtiyacın oldugunu deyir. Elə sifarişçilərin əksəriyyəti də bu sahədən olur. O, Amiqurumi sənətinin sirlərini dərsdən sonra məktəbli qızlara, hətta böyüklərə də öyrədir.

Bacarıqlı gənc toxucunun ən böyük arzusu özünün və tələblərinin əl işlərindən ibarət sərgi açmaq, bu sənəti daha da inkişaf etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.