MƏDƏNİYYƏT


Əmir Pəhləvanın yeni kitabı “Vətən dahiləri” adlanır

Bakı, 19 avqust, AZƏRTAC

Tanınmış yazıçı, şair, dramaturq və kinorejissor Əmir Pəhləvanın yeni kitabı “Vətən dahiləri” adlanır.

AZƏRTAC xəbər verir ki, 400 səhifəlik kitaba “Ön söz”ü Xalq Şairi Sabir Rüstəmxanlı yazıb.

Kitabda müxtəlif dövrlərdə yaşamış elm-sənət adamlarının, əfsanəvi və tarixi qəhrəmanların, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılıqları araşdırılıb və onların hər birinə şeirlər həsr olunub. Əmir Pəhləvan belə bir böyük işin öhdəsindən məharətlə gəlib.

Mahiyyət etibarilə poetik publisistik ensiklopediya məzmunu daşıyan əsər Dədə Qorqudla başlayıb, çağdaş şəxsiyyətlərlə qurtarır. Şeirlərin əksəriyyəti həsr olunduğu şəxsin kimliyinin və xidmətlərinin daha aydın və əhatəli dərk olunmasına yardım məqsədi daşıyır.

Əmir Pəhləvanın müəllifi olduğu “Vətən dahiləri" kitabı tək Azərbaycanı deyil, həmçinin bütün Avrasiya coğrafiyasını əhatə etdiyindən bu gün üçün daha da aktualdır. Əlbəttə, bu insanların böyük əksəriyyəti həm Azərbaycan, həm də türk-slavyan dünyası ilə bağlıdırlar. Kitabda dahi rus mütəfəkkiri Lev Qmulyovun anası Anna Axmatovaya xüsusi yer ayrılması və ona ithaf edilən şeir olduqca dəyərlidir və mühüm əhəmiyyət daşıyır. Yaxud da rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Kazım Bəyə ithaf edilən şeir bu və ya digər formada avrasiyaçılıq baxımından xüsusi əhəmiyyətə malikdir. O cümlədən Nəsrəddin Tusi, Əmir Teymur, Nəimi, Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Məmməd Araz və başqa şəxsiyyətlərin Avrasiya coğrafiyasında böyük təsirə malik söz sahibləri kimi Azərbaycan oxucularına geniş məlumatlar verilir.

Kitabı Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətinə yeni bir töhfə hesab etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.