Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Komitəsində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Əmlak Komitəsində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi inkişafın təmin edilməsi məqsədilə aparılmış mühüm islahatlar nəticəsində qeyri-neft sektoru inkişaf edir, iqtisadiyyat şaxələndirilir. Eyni zamanda, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, məşğulluq səviyyəsi artırılır, vətəndaş məmnunluğu təmin edilir. Həyata keçirilən islahatlar çərçivəsində ƏMDK da fəaliyyət istiqamətləri üzrə cari ilin 9 ayında ardıcıl olaraq mühüm işlər görüb.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Strateji Yol xəritələrinin hesabatlarında da komitənin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Strateji Yol xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53 faizinin icrasını təmin edib. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol xəritəsindən irəli gələn məsələləri 70 faiz icra edib. Komitə 9 istiqamət üzrə birinci icraçıdır. Bu sənədin icrasının təmin edilməsi məqsədilə ƏMDK tərəfindən tədbirlər planı hazırlanıb və həmin istiqamətlər icra edilməkdədir.

Qeyd edilib ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032 yaxın monitorinq aktı təhlil edilib. Beş mindən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən, yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilib. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilib. Forum çərçivəsində ASK ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Komitə tərəfindən istifadəyə verilmiş Özəlləşdirilmə portalından yanvar-sentyabr ayları ərzində istifadə edənlərin sayı 600 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin sayı 960 mini keçib.

2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla, ümumilikdə 40-a yaxın hərrac keçirilib.

Müşavirədə bildirilib ki, ƏMDK özəlləşdirilmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirilmə hərraclarına onlayn olaraq qatılaraq, dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilib. Elektron kadastr uçotu işlərinin yekunlaşdığı 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması üzrə işlər davam edir. 2017-ci ildə 14 rayonda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. Bu ilin yanvar-sentyabr ayları ərzində 600 min hektara yaxın ərazidə çöl-torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl-geobotaniki tədqiqat işləri yerinə yetirilib.

Vurğulanıb ki, respublikanın 57 şəhər və rayonu, o cümlədən 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Cari ilin fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı 180 minə yaxınlaşıb.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilir. Hesabat dövrü ərzində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 744 hal üzrə inzibati protokol tərtib edilib. Ümumilikdə, indiyədək 1900-a yaxın inzibati protokol tərtib edilib.

Diqqətə çatdırılıb ki, kənd təsərrüfatı məqsədilə 165 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində 2 yeni elektron xidmət istifadəyə verilib. “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi”, “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi”dir. Növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.

Hesabat dövründə keçirilmiş 17 “Kütləvi çıxarış” kampaniyasının 4-ü paytaxt rayonlarında, 13-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında keçirilib. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 9 ay ərzində vətəndaşlardan 60 mindən çox müraciət qəbul olunub. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.

Qeyd edilib ki, ötən 9 ayda ƏMDK ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır.

Əmlak Komitəsinin Çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə komitənin aparatında müasir standartlara cavab verən “193” nömrəli vahid Çağrı mərkəzi yaradılıb.

Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 36 elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-sentyabr ayları ərzində daxil olan 130 mindən çox müraciət cavablandırılıb.

Cari ilin ilk 9 ayı ərzində regionlarda 9 vətəndaş qəbulu keçirilib, 84 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.

Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. ƏMDK-nın sədri Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi üzrə tapşırıq verib. Eyni zamanda, komitənin fəaliyyətinə uyğun olaraq, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi kimi tədbirlərin icra edilməsini bildirib. Bundan başqa, torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsinin sürətlənməsi istiqamətində zəruri işlərin görülməsi barədə tapşırıqlarını verib. Qeyd edilib ki, komitə fəaliyyəti üzrə ictimai xidmətlərdə əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verir. Bu fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO