İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir
Bakı, 1 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir. Bununla da vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı işləri daha da sadələşir.
AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 1-də Daşınmaz Əmlakın Dövlət Reyestri ilə Milli Arxiv İdarəsi arasında imzalanma mərasiminə həsr olunmuş tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib. Xidmət rəisi vurğulayıb ki, artıq dövlət reyestrindən çıxarış almaq üçün əhalinin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn olaraq müəyyənləşəcək.
Nəzərə çatdırılıb ki, bütün bunlar ƏMDK-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında elektron əlaqənin yaradılması nəticəsində reallaşacaq.