Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin 9 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib

Bakı, 22 oktyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cari ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-a komitədən açıqlama verilib.

Tədbirdə çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatlar fonunda ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, müasir çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirilib.

Ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyində də müasir dövrün çağırışlarına uyğun olaraq cari ildə də innovativ layihələr reallaşdırılıb. Belə tədbirlərin icrası zamanı başlıca amil olan qanunçuluq prinsipinin qorunub saxlanması, insan faktorunun önə çəkilməsi, o cümlədən şəffaflığın artırılması, göstərilən xidmətlərin vətəndaşa daha yaxın olmasıdır.

K.Həsənov vurğulayıb ki, əmlak idarəçiliyində beynəlxalq təcrübəyə əsaslanan, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiq edildiyi bir çox iri layihələr icra olunur. Bu sahədə önəmli layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması uğurla davam etdirilir. Ölkədə torpaq inzibatçılığı və istifadəsi sahəsində daha optimal nəzarətin təmin edilməsi üçün Peyk nəzarət sistemi qurulur. Elektron çıxarış, Elektron hərrac, “Əks zəng”, “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Kadastr kalkulyatoru” kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə 1, 3 və 7 iş günü müddətinə endirilib.

Komitə beynəlxalq layihələrdə də uğurla çıxış edir. Avropa İttifaqının TAIEX proqramı çərçivəsində komitənin təqdim etdiyi 4 layihə sözügedən təşkilatın keçirdiyi müsabiqəyə qəbul edilib. Artıq daşınmaz əmlakla bağlı xidmətlərin vahid məkanda reallaşdırılması məqsədilə yaxın zamanlarda Əmlak Xidmətləri Məkanı da istifadəyə veriləcək. Bu tədbirlərlə yanaşı, vətəndaşa keyfiyyətli xidmətin göstərilməsi üçün müasir təfəkkürlü kadrlar işə cəlb olunur, eləcə də könüllülərlə birgə iş prinsipi formalaşdırılır.

Müşavirə iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı ilə dövlət torpaqlarının icarəyə verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir. Bu isə torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaq. Kənd təsərrüfatı məqsədilə 66 min hektara yaxın torpaq sahəsi icarəyə verilib. Torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 800-ə yaxın inzibati protokol tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsinin nəzarəti ilə əlaqədar isə bu rəqəm 78-dir.

Ümumilikdə isə, 25 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb və əldə edilən nəticələr real şəraitdə praktiki istifadə üçün yerli icra hakimiyyətlərinə, aidiyyəti qurumlara elektron formada təhvil verilib. Hesabat dövrü ərzində 600 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri, 1.2 milyon hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqatı işləri aparılıb.

Bildirilib ki, dövlət əmlakının səmərəli idarəedilməsi ilə bağlı Dünya Bankının tövsiyələri nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır. Həmçinin 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib, sahələr üzrə təhlillər aparılıb.

Cari ilin 9 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 160-dan artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı özəlləşdirilib. Daha iki müəssisə üzrə investisiya müsabiqəsi baş tutub. Dövlət əmlakının özəlləşmə prosesinin sürətləndirilməsinə və şəffaflığın təmin edilməsinə xidmət edən “Özəlləşdirmə portalı”na cari ilin 9 ayı ərzində 650 minə yaxın baxış olub.

Ümumilikdə isə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 2 milyona yaxındır. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan və sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 400-ə yaxın müəssisə haqqında məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib. Eyni zamanda, yerli sahibkarların özəlləşdirmə prosesinə cəlb edilməsi ilə bağlı Azərbaycan Sahibkarlar Konfederasiyasının iştirakı ilə bir neçə rayonda işgüzar forumlar keçirilib.

2018-ci ilin 9 ayı ərzində ölkə üzrə 160 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyata alındığını söyləyən K.Həsənov qeyd edib ki, komitənin “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyaları əhatə dairəsini genişləndirməkdədir. Göstərilən xidmətlərin birbaşa olaraq vətəndaşın ünvanına çatdırılması üçün komitənin müasir texnologiyalarla təchiz olunmuş yeni mobil ofisi fəaliyyətə başlayıb. Göstərilən elektron xidmətlərin sayı isə 39-a çatıb.

Məlumat verilib ki, 2018-ci ilin 9 ayında elektron və onlayn xidmətlər vasitəsilə 150 min müraciət daxil olub və cavablandırılıb. Bundan başqa, 193 saylı Vahid Çağrı Mərkəzi, komitənin sosial şəbəkələri və internet resurslarına da onlayn olaraq vətəndaşlar tərəfindən 11 mindən çox müraciət daxil olub və cavablandırılıb.

Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən, torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi barədə tapşırıqlarını verib.

Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH