REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Tərtərdə vətəndaşları qəbul edəcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədr müavini Rüstəm Şahbazov vətəndaşların təklif, irad və müraciətləri ilə yerindəcə tanış olmaq üçün sentyabrın 13-də Tərtər rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Tərtər rayonunda yerləşən Gənclər Mərkəzində keçiriləcək.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahə üzrə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlərə baxılacaq. Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105); Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65; Əmlak Məsələləri Dövlət Komitəsinin Bərdə ərazi şöbəsi: (02020) 5-27-77, (02223) 5-24-54; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi: (02020) 5-56-05, (02223) 6-31-84.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.