REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək

Bakı, 22 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov aprelin 26-da Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qəbulda Kürdəmir rayonu ilə yanaşı, Ucar, Göyçay rayonlarından olan vətəndaşların da müraciətlərinə baxılacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət prinsipinə uyğun olaraq, vətəndaşların suallarına həssaslıqla yanaşır və çevik olaraq cavablandırır. Budəfəki qəbulda da vətəndaş məmnunluğu ön planda olacaq. Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi kimi müraciətlərə baxılacaq. Həmçinin torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların sualları cavablandırılacaq.

Qəbulda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105) - Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar ərazi şöbəsi: (02021) 3-01-13, (02025) 5-55-39

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsi: (02021) 3-02-74, (02025) 5-51-62

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.