İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Şabranda vətəndaşları qəbul edəcək

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 25-də Şabran rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində təşkil olunacaq. Qəbulda Şəmkir ilə yanaşı, Siyəzən rayonundan olan vətəndaşların müraciətlərinə baxılacaq. Komitə sədri qəbul zamanı ƏMDK-nın fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı sahəsinə aid olan müraciətlər, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, icarə əsasında istifadə edilən dövlət obyekti və ya torpaq sahəsinin özəlləşdirilməsi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, təyinatına zidd istifadəsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Qəbulda Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar onlayn olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 105 və 349), komitənin 13 saylı ərazi şöbəsinin (2332) 5-39-72, (2335) 3-26-84, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (02335) 3-24-63, (02335) 3-43-71 nömrələri ilə əlaqə saxlaya bilərlər. Eyni zamanda, vətəndaşlar Xaçmaz rayonu M.Ə.Rəsulzadə küçəsi 7b və Şabran şəhəri, AZ 1700, M.Ə.Rəsulzadə 39 ünvanlarına müraciət edərək qəbula yazıla bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.