REGİONLAR


Əmlak Məsələləri Dövlət Komitəsinin sədri  Şirvanda vətəndaş qəbulu keçirəcək

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov oktyabrın 27-də Şirvan şəhərində vətəndaşları qəbul edəcək.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbul saat 11:00-da Gənclər Mərkəzində keçiriləcək. Qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbulda yuxarıda qeyd olunmuş şəhər və rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02121) 5-52-45, (02120) 4-29-19

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.