İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Tbilisi, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Kərəm Həsənov, Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iyulun 20-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Kərəm Həsənov səfər çərçivəsində Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyində Almaniyanın Özəlləşdirmə Təşkilatı nümayəndələrinin iştirakı ilə üçtərəfli əməkdaşlıq görüşündə iştirak edəcək.
Görüşdə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər üç ölkə arasında təcrübə mübadiləsi aparılmaqla, üçtərəfli əməkdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi