İQTİSADİYYAT


Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında keçirilən “Breyn Rinq-2” yarışması başa çatıb

Bakı, 11 may, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Breyn Rinq-2” intellektual yarışması mayın 7-də başa çatıb.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın təbliğidir.

Martın 9-da başlayan, 30 komandanın iştirak etdiyi yarışmada 6 komanda uğur qazanaraq final mərhələsinə keçib.

Yarışda 1-ci yerin sahibi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin komandası olub. İlk üçlükdə qərarlaşan komandalara pul mükafatı və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.