CƏMİYYƏT


Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? VİDEO

Bakı, 17 may, AZƏRTAC 

Bakı Şəhər Baş Polis İdarəsi nəqliyyat vasitələrinin cinayətkar qəsdlərdən mühafizəsi istiqamətində sosial-maarifləndirici videoçarx təqdim edib. Bu barədə AZƏRTAC-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Videoçarxda deyilir ki, hər bir insan diqqətli və məsuliyyətli olmalıdır, əmlak – nəqliyyat vasitələrini cinayətkar qəsdlərdən mühafizəsinə həssas yanaşmalıdır. Avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar–oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur. Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – ilk növbədə sənin: əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

Çəkiliş Bakı Şəhər Baş Polis İdarəsinin sifarişi əsasında “Azəri Prodakşn” studiyası tərəfindən aparılıb. Qisametrajlı filmin ssenari müəllifi polis mayoru Elşad Hacıyev, quruluşçu rejissoru Rövşən Nicat, operatoru Emin Hüseynovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.