İQTİSADİYYAT
Əmlakın kirayəyə verilməsi hansı vergi öhdəliyi yaradır?
Bakı, 30 sentyabr, AZƏRTAC
Əmlakın kirayəyə verilməsindən əldə olunan gəlirlərdən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmlakı kirayəyə götürüb icarə haqqı ödəyən şəxsin VÖEN-i olmadığı halda kirayə verən şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Bundan əlavə, əmlakı kirayə götürən şəxsin VÖEN-i olduğu halda həmin şəxs kirayə verənə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutaraq dövlət büdcəsinə köçürməlidir.
Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]