İQTİSADİYYAT


Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyi

Bakı, 24 avqust, AZƏRTAC

ƏDV ödəyicisi olan müəssisənin mülkiyyətindəki 500 kvadratmetr torpaq sahəsinin 300 kvadratmetrinin üzərində avadanlıq və tikililərlə birlikdə dəyəri 100 min manat olan istehsal obyekti mövcuddur. Bazar qiyməti 10 min manat təşkil edən 200 kvadratmetr torpaq sahəsi isə boşdur. Müəssisə həmin əmlakları satarkən hansı vergi öhdəlikləri yaranır?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxs mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləği alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və gəlirdən çıxılır. Eyni zamanda, ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.