REGİONLAR


“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Xızı rayonunda təşkil ediləcək

Bakı, 7 dekabr, AZƏRTAC

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası artıq bölgələrə doğru istiqamətlənib.

Komitədən AZƏRTAC-a bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin bütün növ daşınmaz əmlaklarla bağlı təqdim etdiyi qeydiyyat xidmətləri dekabrın 10-dan 14-dək 09:00-dan 17:00-a qədər Xızı rayonu, Giləzi qəsəbəsi, Araz Rüstəmov küçəsi, 1 ünvanında (Bələdiyyə binasının qarşısında) göstəriləcək. Rayonun bütün kənd və qəsəbələrindən olan sakinlər mobil ofislərə fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı müraciət edə bilər.

Aksiya zamanı qeydiyyat xidmətlərinin göstərilməsi ilə yanaşı, tələb olunan sənədlər, xidmət haqqı və rüsumun miqdarı ilə bağlı vətəndaşların sualları cavablandırılacaq. Müasir standartlara cavab verən avtobuslarda keyfiyyətli xidmətin təşkili daha çox sakinin qeydiyyat xidmətindən istifadəsini reallaşdırır, vətəndaş məmnunluğunu təmin edir.

Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların xidmətlərdən rahatlıqla faydalanması üçün hər həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasını keçirir. Artıq ölkə regionları üzrə istiqamət alan aksiya ilə bölgələrdə yaşayan əhali də əlavə ünvanlara getmədən daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən istifadə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.