REGİONLAR


“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində

Bakı, 3 dekabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial aksiya ilə qeydiyyat xidmətləri birbaşa ünvanlarda göstərilir. Bununla vətəndaşların daha tez və rahat şəkildə leqal əmlaklara sahib olması təmin edilir. İctimai əhəmiyyətli kampaniyanın bu həftə keçirildiyi ünvan isə Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir.

Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, səyyar xidmətlər 3-7 dekabr tarixlərində saat 09:00-dan 17:00-dək Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 9 ünvanında göstərilir.

Kampaniya çərçivəsində qəsəbə sakinləri yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalana bilər. Bundan başqa səyyar ofisdə sakinlərin qeydiyyatla bağlı sualları cavablandırılır və onlara mülkiyyət hüquqlarından istifadə ilə bağlı hüquqi məsləhətlər verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.