REGİONLAR


“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyasından H.Z.Tağıyev qəsəbəsinin sakinləri də yararlanacaq

Bakı, 21 yanvar, AZƏRTAC

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” səyyar aksiyasından H.Z.Tağıyev qəsəbəsinin sakinləri də yararlanacaq.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) AZƏRTAC-a bildirilib ki, ƏMDK daşınmaz əmlakın qeydiyyatı xidmətlərini müxtəlif kampaniyalar ilə səyyar şəkildə kənd və qəsəbə sakinlərinə təqdim edir. Xidmətləri birbaşa vətəndaş ünvanlarına aparan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası bu həftə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində keçiriləcək.

Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərdən yaralanması üçün H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi (21 saylı Mənzil İstismar Sahəsinin qarşısı) ünvanında mobil ofis fəaliyyət göstərəcək. Qəsəbə sakinləri yanvar 21-dən 25-dək saat 09:00-dan 17:00-a kimi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərin istifadə etmək üçün müraciət edə bilər.

Sosial əhəmiyyətli bu kampaniya vətəndaşların mülkiyyət hüquqlarından əlçatan formada istifadəsinə şərait yaratmaqla yanaşı, müxtəlif kənd və qəsəbələrdə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır. Birbaşa ünvanlarda göstərilən keyfiyyətli xidmətlər ilə vətəndaş məmnunluğu və rahatlığı təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.