Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Əmmanda Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilib VİDEO

Əmman, 25 fevral, AZƏRTAC

Azərbaycanın İordaniyadakı səfirliyində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən anım tədbiri keçirilib.

Tədbirdə İordaniyanın dövlət və hökumət rəsmiləri, parlamentin yuxarı və aşağı palatalarındakı Dostluq və Qardaşlıq cəmiyyətlərinin rəhbərləri, diplomatlar, universitet rektorları, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin əməkdaşları iştirak ediblər.

Səfir Sabir Ağabəyov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışaraq, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyini və bununla da bir milyondan artıq insanın öz yurdundan didərgin düşdüyünü bildirib. Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşilikdən bəhs edən səfir onların amansızcasına qətlinin bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıb. Səfir işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında beynəlxalq təşkilatlar tərəfindən bir neçə qətnamənin qəbul edildiyini diqqətə çatdırıb. O, İordaniya Senatı tərəfindən Xocalı soyqırımına dair qəbul edilmiş bəyanata görə Azərbaycan Hökumətinin və xalqının təşəkkürünü çatdırıb, yaxın vaxtlarda parlamentin aşağı palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Kral II Abdullaha və İordaniya xalqına təşəkkür edib.

Tədbirdə çıxış edən İordaniya Senatındakı İordaniya-Azərbaycan Qardaşlıq Cəmiyyətinin sədri senat Mirvan Hammud, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin üzvü Saleh Ruşeydat, İordaniya Nümayəndələr Palatasındakı Azərbaycan-İordaniya Dostluq Cəmiyyətinin sədri Hazim Qaşu Xocalı soyqırımının dünya tarixində ən kədərli və hüznlü tarix kimi qeyd edildiyini bildiriblər. Onlar Xocalı faciəsini bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər. Bildiriblər ki, İslam Konfransı Təşkilatı Parlament İttifaqı Şurasının 9-cu iclası zamanı qəbul edilmiş qətnamənin 3-cü bəndində qeyd edilir ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını “insanlığa qarşı törədilmiş cinayət” kimi tanıyır. Xocalı soyqırımının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ərzində törədilmiş cinayətlərin ən dəhşətlisi olduğu bildirilərək, münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi diqqətə çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən başlayaraq Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə sistematik işlərin görüldüyü vurğulanıb.

İordaniyanın tanınmış yazıçı-publisisti və jurnalisti Ömər Əl-Armuti Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra əldə etdiyi uğurlar barədə danışıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə tədbir iştirakçılarını məlumatlandıraraq Xocalı faciəsindən və məhv edilmiş bu şəhərin əhalisinin qəddarlıqla qətlə yetirilməsindən bəhs edib, faktlar və statistik göstəriciləri öz kitabında əks etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

BMT-nin sülhməramlı səfiri Ğazi Əl-Tayyib Xocalı soyqırımına ədalətli qiymət verilməsi üçün dünya ictimaiyyətinin daha çox məlumatlandırılmasının, bu faciədə rolu olanların cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini qeyd edib.

İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycanlı Qadınlar Komitəsinin sədri Zümrüd Dadaşova Xocalı həqiqətləri barədə söhbət açıb.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında ingilis dilində hazırlanmış qısametrajlı film nümayiş etdirilib.

Bununla yanaşı, səfirliyin əsas zalında İordaniyanın tanınmış tarixçisi, yazıçı-publisist Ömər Əl-Armutinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabının təqdimatı olub.

Daha sonra səfirliyin əsas zalında sərgi təşkil edilib, tədbir iştirakçılarına müxtəlif foto və videomateriallar nümayiş etdirilib, yeni nəşr olunan “Dağlıq Qarabağ və beynəlxalq hüquq” kitabı və digər çap materialları paylanıb.

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəyanatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin soyqırımının 23-cü ildönümü ilə bağlı dünya liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ünvanlanmış müraciəti Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əmman

Əmmanda Xocalı faciəsinin 23-cü ildönümü qeyd edilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin idarə heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib