İQTİSADİYYAT


“Amrahbank”ın filialı yeni ünvanda fəaliyyət göstərəcəkdir

Bakı, 6 dekabr (AZƏRTAC). “Amrahbank”ın 4-cü mikrorayonda fəaliyyət göstərən filialı yeni ünvana köçmüşdür.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, filial Binəqədi rayonu, Pişəvari küçəsi, 3245-ci məhəllədə fəaliyyət göstərəcəkdir. Filial həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köçürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, kassa-hesablaşma əməliyyatları və digər xidmətləri təklif edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.