MƏDƏNİYYƏT


Amsterdamda “Nizami Gəncəvi–880” markaları çap edilib

Bakı, 4 dekabr, AZƏRTAC

Niderlandın paytaxtı Amsterdamda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş poçt markası buraxılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Amsterdamda yaşayan diaspor fəalı Səltənət Rəvanqızının təşəbbüsü ilə çap edilən markaların üzərində qüdrətli söz ustadının şəkli təsvir edilib, “Nizami Gəncəvi–880” və “Azərbaycan şairi Nizami Gəncəvi” yazılıb.

S.Rəvanqızı bildirib ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib. Bundan öncə layihə çərçivəsində “Xarı bülbül”, “Əminə Dilbazi”, “Cövdət Hacıyev” və digər poçt markaları buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.