İQTİSADİYYAT


Əmtəə nişanları və coğrafi göstəricilərə dair təlim təşkil olunacaq

Bakı, 18 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü və Əqli Mülkiyyət Agentliyinin dəstəyi ilə mayın 27-də Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən təlim təşkil olunacaq.

ASK-dan AZƏRTAC-a bildirilib ki, təlimdə "Əmtəə nişanları və coğrafi göstəricilər sahəsində milli və beynəlxalq qanunvericilik", "Əmtəə nişanları və coğrafi göstəricilərin mühafizəsi", "Domenlər", "Əmtəə nişanlarının beynəlxalq qeydiyyat sistemi" mövzuları tədris olunacaq. İlkin olaraq təlim tikinti, nəqliyyat, logistika, maliyyə, səhiyyə, turizm, aqrar, qida sektorunu əhatə edəcək. Təlimi tam bitirmiş iştirakçılara Əqli Mülkiyyət Agentliyi tərəfindən müvafiq sənəd veriləcək. Təlim mayın 31-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.