REGİONLAR


Ən bahalı əl işi 7 min manat olub – Sənətkar ağacoymanın özəlliklərindən danışdı REPORTAJ VİDEO

İsmayıllı, 27 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Yerli və xarici turistlərin ən çox səfər etdikləri rayonlardan olan İsmayıllı füsunkar təbiəti ilə yanaşı, qədim xalq sənətkarlıq nümunələri ilə də qonaqların diqqətini cəlb edir. Bir çox qədim sənət növlərini yaşadan və onları gələcək nəsillərə miras kimi ötürən ustalardan biri rayon sakini Qəhrəman Adıgözəlovdur.

AZƏRTAC xəbər verir ki, 50 ildən çoxdur oymaçılıq peşəsinin sirlərini ağac üzərinə köçürən usta lazımsız kötük və ya taxta parçası sandığımız ağaclardan maraqlı sənət əsərləri yaradır. Ustanın ağac üzərində oyma ilə yaratdığı qartal, stol, qlobus, mücrü, nərd, leylək, güldan, kitab, minarə və yüzlərlə bu cür suvenir görənləri təəccübləndirir.

Onun hazırlayıb satdığı əl işinin ən ucuzu 10 manat, ən bahalısı isə 7000 manat olub.

Qəhrəman usta deyir ki, xəttatlıq, nəqqaşlıq və rəssamlıqla bağlı olan ağacoyma olduqca çətin sənətdir: “İnsandan səbir, bacarıq, güclü yaddaş və eyni zamanda, ideya tələb edir. Elə etmək lazımdır ki, hər şey ölçüsündə, yerli-yerində olsun. Diqqətcil olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənətdə uğur qazana bilməz. Çoxları düşünür ki, quru odun parçasıdır, qoyursan qarşına, müxtəlif eskizlər, üsullar tətbiq edirsən, olur sənət əsəri. Amma belə deyil. Gərək bu sənətin incəliklərinə bələd olasan ki, ortaya nə isə çıxara biləsən”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.