DÜNYA


Ən güclü “Android” sistemli smartfonlar məlum olub

Bakı, 7 avqust, AZƏRTAC

Smartfonların məhsuldarlığını yoxlayan Çinin "AnTuTu" şirkəti cari ilin iyulunda yoxlanılmış və ən yüksək bal toplamış qabaqcıl "ağıllı" qurğuların reytinqini tərtib edib.

AZƏRTAC "hi-tech.mail.ru" saytına istinadla xəbər verir ki, 292 min 977 bal toplamış "Xiaomi Black Shark" smartfonu reytinqdə ilk yeri tutub. Oyun smartfonu "Snapdragon 845" prosessoru, 8 giqabaytlıq əməli yaddaş, 256 giqabaytlıq daxili yaddaş və daxili maye soyutma sistemi ilə təchiz olunub.

"OPPO Find X" smartfonu ən məhsuldar "Android" sistemli smartfonların reytinqində 2-ci yerdə qərarlaşıb. Bu qurğunun orta məhsuldarlıq göstəricisi 286 min 589 bal olub. Model "Snapdragon 845" prosessoru, 8 giqabaytlıq əməli yaddaş və 256 giqabaytlıq daxili yaddaşla təchiz edilib.

Həmin reytinqdə 283 min 877 bal toplamış "VIVO NEX Ultimate" smartfonu 3-cü, 282 min 644 bal göstəricisinə malik "OnePlus 6" smartfonu isə 4-cü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.