SİYASƏT


“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir VİDEO

“Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir VİDEO

Bakı, 29 oktyabr, AZƏRTAC

2021-ci ilin döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.

Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.

Yarışın tələblərinə uyğun olaraq müəyyən olunmuş vaxt çərçivəsində artilleriya qurğuları atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.