CƏMİYYƏT


“Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib

Bakı, 24 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və FHN işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə “Ən yaxşı bölmə” adı uğrunda baxış-müsabiqə keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsidir.

İyirmi yeddi komandanın qatıldığı baxış-müsabiqədə birinci yerə DYMX-nin Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 19 nömrəli yanğından mühafizə bölməsi (YMB), ikinci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 25, üçüncü yerə isə 26 nömrəli YMB layiq görülüb.

Qalibləri FHN işçiləri həmkarlar ittifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.