ELM VƏ TƏHSİL


“Ən yaxşı dizayn işi” müsabiqəsinin qalibləri olan AzMİU tələbələri mükafatlandırılıb

Bakı, 27 may, AZƏRTAC

“Holcim Azərbaycan” tərəfindən yeni yaradılacaq İnnovasiya Mərkəzinin dizaynının verilməsi üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri arasında elan olunmuş “Ən yaxşı dizayn işi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimində şirkətin baş direktoru Xalid Samaka, kommersiya direktoru Sergiu Stoikov, əlaqələr və davamlı inkişaf üzrə meneceri Rəna Tahirova, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova, Dizayn kafedrasının müdiri Təranə Bəkirova, Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərov, müsabiqəyə qoşulan tələbələr və şirkətin daimi müştəriləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər tələbələrin müsabiqədəki işlərindən danışıb, onların istedadları yüksək dəyərləndiriblər. Tələbələr tərəfindən seçilən qalib komandaya - Memarlıq fakültəsinin tələbələri Nilüfər Səmədova və Ləman Məhərrəmovaya diplom və gül dəstələri təqdim olunub.

Daha sonra münsiflər heyəti tərəfindən seçilən əsas ilk 3 işin qalibi elan olunub. Birinci yerin qalibi müsabiqəyə tək qoşulan I kurs magistr tələbəsi Aygün Abbasova, ikinci yerin qalibi Memarlıq fakültəsinin tələbələri Elvina Bayramzadə və Ömər Aşan, üçüncü yerin qalibi müsabiqədə komanda şəklində işləyən Memarlıq fakültəsinin tələbələri Raisə Qurbanlı, Fərəh Əliyeva və Ruhanə Ağayeva olublar. Qaliblər diplomla təltif olunub.

Şirkət tərəfindən qaliblərə pul mükafatı təqdim olunub, digər iştirakçılara isə sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.