ELM VƏ TƏHSİL


“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri  mükafatlandırılacaqlar

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyevanın əmrinə əsasən paytaxt məktəbləri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçiriləcək.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə təşkil olunub.

Müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi izləniləcək.

Qalib məktəb internet informasiya resurslarının fəaliyyətinə dair tələblərə uyğun olaraq ümumi təhsil müəssisələrinin saytlarının məzmun baxımından müvafiq meyarlara cavab verməsi, məktəblərin fəaliyyətinin geniş ictimaiyyətə operativ çatdırılması, qazanılan uğurlar və qarşıda duran vəzifələr haqqında dolğun informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin səlisliyi və dolğunluğu kimi meyarlara əsasən müəyyənləşdiriləcək. Həmçinin saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, məktəb haqqında göstəricilərin hazırkı vəziyyətə uyğunlaşdırılması və mütəmadi yenilənməsi əsas meyarlardandır.

Qaliblər paytaxtın hər rayonu üzrə bir məktəb olmaqla münsiflər heyəti tərəfindən seçiləcək. Qaliblər tədris ili ərzində iki dəfə (yanvar və iyun ayları) seçilərək elan ediləcək.

Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.