SİYASƏT


“Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib VİDEO

Bakı, 4 aprel, AZƏRTAC 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu il döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda tank bölmələrinin döyüş hazırlığı yoxlanılıb, heyətlərin bilik və bacarıqları artırılıb, döyüş vərdişləri təkmilləşdirilib. Komandalar sürücülük, gecə və gündüz vaxtı atış, fiziki hazırlıq və digər məşğələlər üzrə məqbulları müvəffəqiyyətlə yerinə yetirib. Eləcə də verilən tapşırıqlar dəqiq, vaxtında və düzgün icra olunub.

Yekunda “Ən yaxşı tank bölüyü” adına layiq görülən heyət müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.